AZ

"Sumqayıt"dan qapıçı transferi - RƏSMİ

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Prosport.Az xəbər verir ki, komanda ötən mövsümü "Qəbələ"də keçirmiş Rəşad Əzizli ilə mövsümün sonunadək müqavilə imzalayıb.

30 yaşlı qapıçı "gənclik şəhəri" təmsilçisində 94 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.

Seçilən
3
12
prosport.az

10Mənbələr