AZ

“Barselona” yeni transferini ÇL üçün sifariş edə biləcək

“Barselona” polşalı qapıçı Voytsex Şensnı ilə müqavilə imzalamağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu 34 yaşlı qolkiperi tək La Liqa deyil, həm də Çempionlar Liqası oyunları üçün sifariş edəcək. Bu barədə “Marca” nəşri məlumat yayıb.

“Barselona” daha əvvəl ÇL üçün Mark-Andre ter Ştegen və İnyaki Penyanı sifariş etmişdi. Klub iki qapıçını da A siyahısına daxil etdiyi üçün indi onlardan birini əvəz edə bilər.

Ter Ştegen La Liqanın VI turunda “Vilyarreal”la oyunda ciddi zədə alıb və uzun müddət oynamayacaq.

Seçilən
13
futbolpress.az

1Mənbələr