AZ

Ukrayna ordusunda döyüşmüş amerikalı pensioner ayda 1 min dollar alıb

Amerikalı muzdlu döyüşçü Stefan Hubbard Ukrayna Silahlı Qüvvələrinin tərəfindən döyüşlərə qatıldığı üçün hər ay min dollar maaş alırmış. Bu barədə rusiyalı prokuror yerli mediaya açıqlamasında deyib.  O, hazırda Moskvada mühakimə olunur.

Qeyd edilib ki, 73 yaşlı Hubbard Miçiqan ştatının Big Rapids şəhərində anadan olub. 2014-cü ildən həyat yoldaşı ilə Xarkov vilayətinin İzyum şəhərində yaşayıb. Sonradan o, Ukrayna mediasının təsiri altında Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Döyüşlər zamanı Hubbard rus əsgərləri tərəfindən əsir götürülüb. O, müsahibələrindən birində deyib ki, Rusiya hərbçiləri onunla yaxşı rəftar ediblər və hazırda pensioner Ukraynadakı münaqişənin mahiyyətini daha yaxşı başa düşür və Rusiya hakimiyyətinin hərəkətlərinə rəğbət bəsləyir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural
Seçilən
2
news365.az

1Mənbələr