AZ

Azərbaycanda kartof əkmək üçün ən məhsuldar rayonlar hansılardır? - Siyahı

Azərbaycanda kartof əkmək üçün ən məhsuldar rayonlar hansılardır? - Siyahı




Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 799 min 203,2 ton kartof yığılıb.Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kartof yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 8% və ya 69 min 325,8 ton az olub.Məlumat üçün bildirək ki, azalmanın səbəblərindən biri bu il daha az sahədən məhsul yığılması olub. Belə ki, ötən ilin yanvar-avqust aylarında 43,9 min hektar sahədən kartof yığıldığı halda, bu ilin eyni dövründə 40,9 min hektar sahədən kartof yığılıb.Azalmanın başqa bir səbəbi məhsuldarlığın aşağı düşməsi olub. Bu ilin ilk 8 ayında hər hektardan 195,2 sentner kartof yığıldığı halda, ötən ilin eyni dövründə bu göstərici 197,6 sentner olub.Onu da bildirək ki, kartof yığımında məhsuldarlığın ən yüksək olduğu rayon Qazax rayonu olub. Bu rayonda hər hektardan orta hesabla 350 sentner kartof yığılıb. Məhsuldarlığın ən aşağı səviyyədə olduğu yer Sumqayıt şəhəri olub. Sumqayıtda hər hektardan orta hesabla 21,4 sentner kartof yığılıb.Məhsuldarlığın ən yüksək və ən aşağı səviyyədə olduğu rayonların (şəhər) ilk beşliyi aşağıdakı kimi olub.Ən yüksək:Qazax rayonu – 350 sent/haAğstafa rayonu – 310,5 sent/haCəlilabad rayonu – 310 sent/haTovuz rayonu – 298,2 sent/haŞərur rayonu – 291,3 sent/haƏn aşağı:Xəzər rayonu – 64,3 sent/haSiyəzən rayonu – 50 sent/haŞirvan şəhəri – 47 sent/haHacıqabul rayonu – 33,9 sent/haQaradağ rayonu – 27,5 sent/ha




Xəbərin oxunma sayı :
112

Seçilən
5
3
azfakt.com

4Mənbələr