AZ

Ukrayna-Rusiya arasında "sülh formulu": Ərdoğan önəmli vasitəçidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinə hazırlıq gedir. Məlumata görə, dövlət başçısı Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək. 

 

Ərdoğanın Ukraynaya səfər edəcəyi barədə də qeyri-rəsmi məlumatlar yayılıb. Bir neçə gün əvvəl Türkiyə lideri Nyu-Yorkda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Tərəflər iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsi və Ukraynanın bərpası məsələlərini müzakirə ediblər.

 

Bundan əlavə, liderlər “sülh formulunun” həyata keçirilməsini ətraflı müzakirə ediblər. Onlar Qara dənizdə azad gəmiçilik şəraitinin təmin edilməsinin vacibliyini və Ukraynanın təşəbbüsünün ərzaq təhlükəsizliyinə dair müvafiq bəndinin həyata keçirilməsində Türkiyənin aparıcı rolunu qeyd ediblər. Görüş zamanı  Zelenski Rəcəb Tayyib Ərdoğanı Ukraynaya səfərə dəvət edib.

Qeyd edək ki, Zelenski bir müddət əvvəl "sülh formulu" barədə danışarkən burada Azərbaycan və Türkiyənin də rolunun olacağını bildirib.

 

Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar bildirib ki, müharibənin ilk aylarında tərəflər iki dəfə sülh masasına oturdu:

 

"Lakin bu Qərb dünyasının, ABŞ və Böyük Britaniyanın təzyiqləri səbəbindən nəticələnmədi. Artıq iki ildən artıq davam edən bir müharibə var. Müharibənin fərqli formalara, sahələrə yayılma riski böyüyür. Bütün bunların fonunda Ukrayna Prezidenti Zelenskinin sülh planından bəhs edilir. Sülh planının içərisəndə Türkiyə və Azərbaycana necə bir rol hazırlandığını bilmirik. Amma müəyyən formada bu məsələdə həm Azərbaycanın, həm də Türkiyənin rolu var. Hansı mənada rolu var? Belə ki, hər iki ölkə həm Rusiya, həm də Ukrayna ilə görüşmə imkanına sahibdir. Məsələn Qərb dünyası bu gün üzləşdiyi enerji krizini Azərbaycan üzərindən həll etməyə çalışır. Yəni Rusiyanın təbii qazı əvəzinə Azərbaycan təbii qazının alınması kimi məsələlər müzakirə edilir. Yəni Azərbaycan işin içərisindədir. Türkiyə də bu işin içərisindədir".

Ekspert vurğulayıb ki, Türkiyə müharibənin başlandığı ilk gündən düzgün mövqe sərgiləyib.

 

"Balans, aktiv tərəfsizlik siyasəti yürüdüldü və bu nəticə verdi. Sülh müzakirələrində Azərbaycan və Türkiyənin konstruktiv rol oyanayacağına inanıram. Çünki bunun sübutları var. Müharibə həm Urayna, həm də Rusiya tərəfində çox gərginləşib. Qərbin müharibəyə nəzarəti mümkünsüz hala gəlir. Rusiyadan gələn səsləri qulaqardına vurmaqları düzgün deyil. Çünki yorulan, gərginləşən, bir şəkildə torpaqları işğal edilən rus dövləti buna çox sərt formada cavab vermək istəyə bilər. Belə bir dövrdə Türkiyə və Azərbaycanın araya girməsinə ehtiyac yaranır. Zelenski çox güman ki, sülhlə bağlı məsələlərin müzakirəsi üçün cənab Prezident Rəcəb Tayyib Ərdoğanı dəvət edib".

 

Abdullah Ağar Ərdoğanın Rusiya və Ukraynaya səfəri barədə xəbələri şərh edərkən deyib: "Bu, protokalla bağlı məsələdir. Ölkə başçıları harasa səfər edərkən ürəkləri istədiyi kimi getmirlər.Görüş üçün infratrukturun hazırlanması lazımdır. Bunun nə qədər vaxta hazıralanacağı, konyekturanın necə olacağı məlum deyil".

Seçilən
4
modern.az

1Mənbələr