AZ

İkinci Qarabağ savaşının geosiyasi əhəmiyyəti və yaratdığı reallıqlar

"İkinci Qarabağ savaşının yekunu Azərbaycanın ərazi bütövlüyünü təmin edib suverenliyini bərpa etməklə yekunlaşmadı,  Cənubi Qafqazda yeni reallıqlar yaradaraq yeni güc mərkəzi kimi ortaya çıxması oldu. Ümumiyyətlə, İkinci Qarabağ savaşı Türk dünyasının qlobal geosiyasi düzəndə yeni güc kimi formalaşması prosesinin sürətlənməsinə təkan verdi. Artıq Türk dünyası  beynəlxalq münasibətlər sistemində güc kimi qəbul edilməkdəri və onunla hesablaşırlar".

Bunu SeherXeber.org -a açıqlamasında sabiq deputat İltizam Yusifov deyib.

O bildirib ki, bunun üçün 44 günlük müharibəsindən sonrakı 4 ilə nəzər yetirmək kifayətdir: "Müharibə  təkcə Azərbaycanın və Ermənistanın deyil, bütövlükdə bölgənin digər dövlətlərinin də geosiyasi durumlarını, güclər balansını dəyişərək regionun yenidən dizayn edilməsi ilə nəticələndi.  

Azərbaycan 27 sentyabr 2020-ci ildə başlatdığı "Dəmir yumruq" əməliyyatı 44 gündən sonra ərazi bütövlüyünün  təmin olunması, 3 ildən  sonra 20 sentyabr 2023-cü ildə isə suverenliyinin bərpası ilə nəticələndi. Bununla da Azərbaycan beynəlxalq münasibətlər sistemində tamamilə fərqli bir mənzərə yaratmış oldu.   Azərbaycan ötən 4 il müddətində yaratdığı reallıqların şərtlərinə uyğun uğurlu siyasətini  yürütməklə yeni-yeni qələbələrə imza atmaqda və proseslərin geriyədönməz xaratkter alması üçün beynəlxalq münasibətlər sistemindəki  mövqelərini möhkəmlətməkdədir.  Azərbaycan cənab Prezident İlham Əliyevin liderliyi altında növbəti uğurlara imza atmaq üçün qlobal geosiyasi proseslərdə ciddi oyunçu rolunu davam etdirmək məqsədilə qlobal çağırışlara zamanında çevik reaksiya verən  siyasət yürütməkdədir. Bunun nəticəsi olaraq Azərbaycan Cənubi Qafqazda bir güc mərkəzi rolunda çıxış etməklə Türk dünyasının  siyasi-iqtisadi-hərbi güc kimi formalaşması istiqamətində uğurlara imza atmaqdadır. Cənab Prezidentin qlobal çağırışlara çevik reaksiya verməklə təkcə Azərbaycanın deyil, həm Cənubi Qafqazı, Türk dünyasını Şərqlə Qərb, Şimalla Cənub arasında   logistik qovşağa çevrilib. Azərbaycanın Orta Dəhlizin imkanlarını genişləndirməsi  istiqamətində yürütdüyü siyasət bütövlükdə bu coğrafiyada yerləşən ölkələrin iqtisadi inkişafına, təhlükəsizliyinə, sabitliyinə və sıx əməkdaşlıq formatının yaranmasına xidmət edir.   Bütün bunları nəzərə alaraq yekun olaraq deyə bilərik ki, İkinci Qarabağ savaşı Avrasiya bölgəsində yeni geosiyasi və geoiqtsadi reallıqlar yaratmaqla  təkcə bir  və ya bir neçə ölkənin deyil,  ümumilikdə Avrasiya, hətta Şimali Afrika coğrafiyasında yerləşən çoxsaylı ölkələrin faydasına olan əməkdaşlıq fürsətləri yaradıb".

MürtəzaSeherXeber.org

Seçilən
2
3
seherxeber.org

4Mənbələr