AZ

Ərdoğan Paşinyanla görüşdə müzakirə etdiyi məsələləri AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan Birləşmiş Millətlər Təşkilatının strukturunu tənqid edərək deyib: “Daimi üzv olmağa çalışırıq, lakin heç bir nəticə əldə etmədik”.

Birləşmiş Millətlər Təşkilatının strukturunu tənqid edən Ərdoğan bildirib: "5 daimi ölkə faktiki olaraq dünyanı idarə ölkələrdir. Yaponiya, Çin, biz, Almaniya və s. kimi üzvlər hazırda daimi üzvlərdir amma onların təsir imkanlarından söhbət gedə bilməz".

Prezident Ərdoğan Yunanıstanın baş naziri Miçotakislə görüşü ilə bağlı da bunları deyib: "Gələn ilin əvvəlində Yunanıstanla yüksək səviyyəli strateji şura toplantısı keçirəcəyik. Gələn ilin əvvəlində bir araya gələndə məsələni müzakirə edəcəyik. Bu Yüksək səviyyəli toplantıda Egeydəki bəzi problemlər və bu mövzular da müzakirə ediləcək. Baş nazir bizə bu məsələni müzakirə edib həll edəcəyini söylədi".

Ərdoğan Ermənistanın baş naziri Paşinyanla görüşü ilə bağlı suala belə cavab verib: "Paşinyanla görüşdə diqqət çəkən Azərbaycan və Ermənistan arasındakı problemlər idi. Mən Paşinyanın bu məsələlərə müsbət yanaşdığını gördüm. Arzum bunu həll etməkdir. Bilirəm, ümid edirəm ki, bu iki ölkə bu yanaşmanı ortaya qoyaraq bu problemi həll edəcək".

Seçilən
7
sia.az

1Mənbələr