AZ

Çexiyada dünyanın ən böyük hokkey meydançası tikiləcək

Çexiyada dünyanın ən böyük hokkey meydançası tikiləcək.

"Report" “Pravda.sk” nəşrinə istinadən xəbər verir ki, sözügedən ölkənin "Pardubitse" hokkey klubunun sahibi Petr Dedek 22 296 azarkeş tutumuna malik arena inşa etdirəcək.

İdman obyektinin ümumi investisiya həcmi 10,5 milyard kron (417 milyon avro) təşkil edəcək.

Kompleksdə əsas arena ilə yanaşı, kiçik zal, otel və qaraj da yer alacaq. Yeni meydançanın 2027-ci ilin yayına qədər hazır olacağı gözlənilir. Hər il orada 100-ə yaxın tədbir keçiriləcək.

Qeyd edək ki, hazırda dünyanın ən böyük azarkeş tutumuna malik hokkey stadionu Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "SKA Arena"dır. Bu idman qurğusu 21 542 tamaşaçı qəbul etmək imkanına malikdir.

"Cebheinfo.az"

Seçilən
4
5
cebheinfo.az

6Mənbələr