AZ

Özbəkistan orta şəhərlərin inkişafı üzrə AİİB ilə birgə proqramların icrasına başlayıb - Mirziyoyev

Səmərqənd. Trend:

Özbəkistan orta şəhərlərin inkişafı üzrə AİİB ilə birgə bir sıraproqramlar həyata keçirməyə başlayıb.

Trend xəbərverir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti ŞavkatMirziyoyev Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiyaBankının (AİİB) İdarə Heyətinin illik toplantısında deyib.

"AİİB ilə əməkdaşlıq çərçivəsində orta şəhərlərin inkişafı üzrə200 milyon dollar dəyərində və kənd infrastrukturununyaxşılaşdırılması üzrə 130 milyon dollar dəyərində layihələrbaşlanılıb. Mən AİİB və digər tərəfdaşlarla belə infrastrukturlayihələrinin genişləndirilməsinə əminəm", - o qeyd edib.

Bundan əlavə, dövlət rəhbərinin sözlərinə görə, yaxın 5 ilərzində elektrik, su və qaz paylama şəbəkələri özəl operatorlarınnəzarəti altına keçəcək. Məsələn, 50-dən çox iri xarici şirkətSəmərqənd vilayətinin elektrik şəbəkələrinin idarə olunması üzrətenderdə iştiraka maraq göstərib.

"Ölkədə hər il 100 mindən çox ev tikilir. Daşkənd, Səmərqənd,Namanqan və Əndican kimi böyük şəhərlərdə, eləcə də, regionalmərkəzlərdə "Yeni Özbəkistan" şəhərciklərinin yaradılması üçünböyük layihələr həyata keçirilir", - Prezident Şavkat Mirziyoyevəlavə edib.

Seçilən
3
1
az.trend.az

2Mənbələr