Sentyabrın 27-də - Anım Günündə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri və gənc alimlər Bakıda yerləşən Zəfər parkında olublar. AMEA-dan SİA-ya bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Zəfər parkında xatirə daşının önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta