AZ

Soros ABŞ-da 200 radio alır – Araşdırma başladı

Nümayəndələr Palatasının Nəzarət Komitəsi milyarder Corc Sorosa 2024-cü il prezident seçkiləri ərəfəsində ABŞ-da 200-dən çox radiostansiya almasına imkan verən müqaviləni araşdırır.

Axar.az xəbər verir ki, bu barədə komitənin X hesabında məlumat yayılıb.

Bildirilib ki, Federal Rabitə Komissiyası (FCC) keçən həftə “Audacy” şirkətinə məxsus 200 radiostansiyanın alınmasını təsdiqləyib. Nəzarət Komitəsinin respublikaçılardan olan sədri Ceyms Komer və konqresmen Nik Lenqvortinin məlumatına görə, komissiya standart prosedur və proseslərdən yan keçərək yayım lisenziyalarının nəzərdən keçirilməsini sürətləndirib.

Komer və Lenqvorti FCC rəhbəri Cessika Rosenuorselə məktub göndərərək komissiyanın qərarını izah edən sənədlər tələb ediblər. Hər iki şəxs bildirib ki, Soros söz azadlığının məhdudlaşdırılmasını və internetdə mühafizəkarların senzurasını müdafiə edən təşkilatları maliyyələşdirir.

Seçilən
1
3
sitat.info

4Mənbələr