AZ

Super model ifşa olundu: Xeyriyyəçilik üçün verilən pulu otellərdə xərcləyib

Britaniyalı supermodel Naomi Kempbellin xeyriyyə təşkilatının qəyyumluğu qadağan edilib.  Bu, onun Fashion for Relief təşkilatından aldığı vəsaitin yalnız kiçik bir hissəsinin əslində xeyriyyəçiliyə getdiyi məlum olduqdan sonra baş verib.

News365.az  PageSix-ə istinadən xəbər verir ki, pulun qalan hissəsi modelin şəxsi ehtiyaclarına, uçuşlarına, təhlükəsizliyinə, spa müalicələrinə xərclənib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, 2016-cı ilin aprelindən 2022-ci ilin iyuluna qədər olan dövrdə xeyriyyə məqsədləri üçün yığımların cəmi 8,5%-i xərclənib.

İstintaq həmçinin bildirir ki, Kempbellin həmkarı Bianca Hellmiç xeyriyyə təşkilatından icazəsiz ödənişlər şəklində yüz minlərlə dollar alıb. Ona görə də Hellmiçə doqquz il ərzində xeyriyyəçi kimi fəaliyyət göstərmək qadağan edilib.

Naomi özü də qalmaqala münasibət bildirib və fondun işləri ilə təkbaşına məşğul olmadığını, idarəçiliyi başqa insanlara verdiyini bildirib:

"Xeyriyyəçiliyimə nəzarət etmədiyim dövrü özümüz araşdırırıq. Nəzarəti vəkilə verdim. İndi baş verənləri araşdırırıq, çünki etdiyim hər şey və aldığım pullar xeyriyyə məqsədi daşıyır."

Qeyd edək ki, Naomi Kempbell 2005-ci ildə Fashion for Relief xeyriyyə təşkilatını təsis edib. Xeyriyyə fondunun toplanmasının məqsədi sosial cəhətdən həssas insanların həyatını yaxşılaşdırmaqdır.

News365.az

 

Seçilən
8
news365.az

1Mənbələr