AZ

Klod Monenin məşhur əsəri 30 milyon dollara satıldı

Klod Monenin məşhur “Su zanbaqları” tablosu Honq Konqda keçirilən hərracda rekord qiymətə satılıb.

Ren TV-nin yaydığı məlumata görə, əsər ausionda demək olar ki, 30 milyon dollara "çəkic altına düşüb".

"Asiya ölkələrində belə bir məbləğə heç vaxt fransız rəssamının əsərləri alınmayıb", - nəşr yazıb. 

"Su zanbaqları” tablosu 125 il əvvəl çəkilib. O, impressionizmin şah əsəri hesab olunur.

Kətan rəsm hərraca çıxarılmazdan əvvəl onilliklər ərzində Monet ailəsində saxlanılırdı. İndi onu anonim qalmaq istəyən əcnəbi kolleksiyaçı özündə saxlayacaq.


Tural

Seçilən
9
news365.az

1Mənbələr