AZ

AMEA-nın kollektivi Anım Günündə Zəfər parkında olub

AMEA-nın

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də - Anım Günündə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri və gənc alimlər Bakıda yerləşən Zəfər Parkında olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, elmi ictimaiyyətin nümayəndələri Zəfər Parkında xatirə daşının önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

 

Seçilən
1
3
azertag.az

4Mənbələr