AZ

"Xəzər TV"nin işçiləri boya sexindəki yanğına görə təxliyə olunub

Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsində baş verən güclü yanğına görə "Xəzər TV"nin binası boşaldılıb, işçilər təxliyə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Xəzər TV"nin sosial şəbəkə hesabında məlumat yayılıb.

Qeyd edək ki, sözügedən ünvanda günorta saatlarında başlayan yanğın məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Seçilən
2
17
bakivaxti.az

10Mənbələr