AZ

Hərəkətə keçdilər - "Bu, artıq dünya müharibəsidir"

NATO-nun Belarusa hücumu zamanı nüvə silahından istifadə olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına düzəliş edərək təsdiqləyib ki, Rusiya və Belarusa hücum olsa, nüvə silahından istifadə ediləcək. Əgər nüvə silahından istifadə etsək, bizə də başqa formada cavab verə bilərlər. O zaman Rusiya da bütün hərbi gücündən istifadə edəcək. Bu, artıq dünya müharibəsidir. Qərb də bunu istəmir. Çünki onlar buna hazır deyillər. Amma biz onlara açıq deyirik ki, qırmızı xətt dövlət sərhədidir. Bu xətti pozarsanız, dərhal cavab veriləcək", - Lukaşenko bildirib.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
6
teleqraf.com

1Mənbələr