AZ

Ermənistanda bir məktəbdə fars dili sinfi açılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranın Ermənistandakı səfirliyinin maliyyə dəstəyi ilə İrəvanda əsaslı təmirdən çıxan 61 saylı məktəbdə "Hafiz zalı" və fars dili sinfi açılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, açılış mərasimi İranın İrəvandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhedin iştirakı ilə baş tutub.
Mehdi Sübhani Ermənistan hökumətinin məktəblərdə fars dilinin öyrənilməsinə şərait yaratmasını və müəllimlərin fars dilində tədrisini yüksək qiymətləndirərək, ölkədə fars dili sinfinin açılmasınxın xalqlar arasında dostluq əlaməti olduğunu bildirib.
Fars dilinin tədrisinə dəstəyinə görə İran səfirinə təşəkkür edən məktəbin direktoru Lusin Qriqoryan fars dilini öyrənən şagirdlərin gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacağına, öz bilik və bacarıqlarını İran-Ermənistan əlaqələrinin inkişafına sərf edəcəyinə inandığını deyib.
Açılış mərasimində habelə erməni şagirdlərə fars dili kitabları paylanılıb.
Seçilən
8
5
oxu.az

8Mənbələr