AZ

ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır

Bakı. Trend:

Bakının Xətai rayonu ərazisində baş verən yanğınla bağlıEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırdaərazidə monitorinq işləri aparır.

Bunu Trend-ə Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev deyib.

O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlıhavanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislərtərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələrgötürülür.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsiyaxınlığında obyektdə yanğın olub. Dərhal əraziyə Nazirliyin DövlətYanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və BakıRegional Mərkəzinin qüvvələri cəlb olunub. Boya istehsalı sexindəbaş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədənməhdudlaşdırılıb.

Seçilən
41
3
az.trend.az

10Mənbələr