AZ

Soros seçki ərəfəsində 200-ə yaxın radiostansiyanı niyə alıb?

Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi milyarder Corc Sorosun 200-ə yaxın radiostansiya alması ilə bağlı Federal Rabitə Komissiyasının (FCC) razılığı ilə araşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə komitənin “X” hesabında dərc olunmuş bəyanatında deyilir.

“Komitənin sədri Ceyms Komer və Nümayəndələr Palatasının nümayəndəsi Nik Lenqvorti FTB-nin mümkün siyasiləşdirilməsini və 2024-cü il seçkilərinə aşkar müdaxilə cəhdlərini araşdırmaq üçün addımlar atıblar. Belə olan halda, RFA onun standart prosedur və normalarından yan keçərək yayım lisenziyalarının lazımi yoxlanışını sürətləndirmək üçün misli görünməmiş tədbirlər görüb”, - sənəddə deyilir.

Komitənin bəyanatında qeyd olunur ki, sövdələşmə ABŞ-da prezident seçkiləri öncəsi həyata keçirilir. Qanunvericilər müqavilənin təsdiqi ilə bağlı FDA-dan sənədlər tələb ediblər.

“The New York Post”un daha əvvəl xəbər verdiyi kimi, FDA keçən həftə Sorosun Demokratlar Partiyasını dəstəkləyən 200-ə yaxın radiostansiyanı almasını təsdiqləyib.

Seçilən
25
1
publika.az

2Mənbələr