AZ

Qaradağda anım tədbiri keçirildi - FOTO

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin və YAP Qaradağ Rayon Təşkilatının rəsmiləri, ictimaiyyət nümayəndələri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları önünə əklil və çələnglər qoyublar. 

"Unikal" xəbər verir ki, şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Allah şəhidlərimizə rəhmət eləsin

Seçilən
5
1
unikal.az

10Mənbələr