AZ

Ukraynalılarla bağlı qorxulu proqnoz

Rusiya Federasiyası raket zərbələri ilə Ukraynanın enerji sisteminin böyük hissəsini məhv edib. Ona görə də qarşıdan gələn qış ukraynalılar üçün çətin keçəcək. Bu fikirlər UNİAN-da dərc olunan məqalədəndir. Mütəxəssislər istilik mövsümündə elektrik enerjisinin kəsilməsinin nə qədər ciddi problemlər yaradacağını izah ediblər.

Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Gennadi Ryabtsev Kanal 24-ə şərhində qeyd edib ki, havanın temperaturu və günün vaxtından asılı olaraq işıqlar 8-12 saat söndürülə bilər. Eyni zamanda o, elektrik enerjisinin verilməsində ən çətin vəziyyətin cəbhəyanı ərazilərdə olacağını diqqətə çatdırıb.

Söhbət Xarkov, Zaporojye, Xerson, Sumi bölgələrindən gedir. Eyni zamanda, çoxlu sayda istehlakçının cəmləşdiyi Odessa və Dneprdə də uzun fasilələr proqnozlaşdırılır. Kiyev rusların əsas hədəflərindən biri olduğu üçün orada da daha uzun fasilələr proqnozlaşdırılır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Seçilən
6
news365.az

1Mənbələr