AZ

Təcili yardım və təhlükəsizlik xidməti bölgə klublarını ziyana saldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, bugünkü toplantıda II Liqanın IV turunda yaşanan qayda pozuntuları ilə bağlı ölçü götürülüb. 

Cəriməyə əsas verən hadisələr “Saatlı-Araz” və “Kür-Araz”ın ev matçlarında yaşanıb. 

“Saatlı-Araz” – “Şahdağ Qusar” oyununda təhlükəsizlik nümayəndəsi stadiona təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydan sahibləri 100 manat cərimə edilib. Həmin matçda Təcili Tibbi Yardım avtomobili də yubandığına görə saatlılar 100 manat cərimələnib.

Təcili Tibbi Yardım avtomobili “Kür-Araz” – “Qusar” oyununa da təyin edilmiş vaxtdan gec gəlib. Meydan sahibləri buna görə 100 manat ödəyəcək.

Seçilən
0
fanat.az

1Mənbələr