AZ

Slovakiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov slovakiyalı həmkarı Kamil Şaşko ilə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında K.Şaşkonun Azərbaycana səfərinin yekunlarına dair məlumatda deyilir.

“Biz nazir müavinləri arasında ikitərəfli məsləhətləşmələrin nəticələrindən məmnunuq”, - səfirliyin məlumatda bildirilib.

Qeyd olunub ki, enerji, regional inkişaf, turizm və nəqliyyat məsələləri ilə bağlı müzakirələr aparılıb.

Seçilən
14
3
bakivaxti.az

4Mənbələr