AZ

Qərb zonasında 27 Sentyabr - Anım Günü qeyd olunub

Ölkənin qərb bölgəsindəki şəhər və rayonlarda 27 Sentyabr- Anım Günü qeyd edilib, şəhidlərin xatirəsi anılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə, Naftalan şəhərlərində, həmçinin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarında Anım Gününə həsr olunmuş tədbirlər keçirilib, Şəhidlər xiyabanları ziyarət edilir.

Şəhid ailələrinin üzvləri, qazilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini hörmətlə anaraq onların ruhuna dualar oxuyublar, məzarları üzərinə gül dəstələri düzüblər.

Qeyd edək ki, bu gün saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Qərb bölgəsində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seçilən
4
far.az

1Mənbələr