AZ

Büdcədən “hərbiyə yox, xalqın rifahına pul ayrılsa, yaxşı olar”, Bakıda sorğu

Prezident İlham Əliyev sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı bildirib ki, hər il olduğu kimi növbəti ildə də hərbi xərclər dövlət büdcəsində "birinci xərclər olmalıdır".

Onun sözlərinə görə, əgər hərbi sahəyə lazımi səviyyədə vəsait ayrılmasa, ölkəni "gələcəkdə problemlər gözləyə bilər".

BBC Azərbaycanca Bakı sakinlərindən soruşub ki, onlar hökumətin daha çox hansı istiqamətə maliyyə vəsaiti ayırmasını istərdilər.

Sakinlərin bəziləri hərbi xərclərin önəmli olduğunu bildirsə də, artıq sosial məsələlərə daha çox vəsait ayrılmalı olduğu qənaətindədirlər.

Sakinlər hökumətin daha çox uşaq pulu, pensiya və sosial müavinətlərin artırılması, yeni iş yerlərinin yaradılması kimi məsələlərə diqqət ayırmalı olduğunu da vurğulayıblar.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
20
bbc.com

1Mənbələr