AZ

“Qarabağ”ın Avropa Liqasında turnir cədvəlindəki mövqeyi bəlli oldu



UEFA Avropa Liqasının əsas mərhələsinin I turunun oyunlarından sonra komandaların turnir cədvəlindəki mövqeləri bəlli olub.

aia.az xəbər verir ki, ötən gün İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Latviyanın RFS və Ukraynanın “Dinamo” (Kiyev) klubları ilə birlikdə 33-35-ci yerləri bölüşdürür. Ağdam təmsilçisi ilk turdan sonra xalı olmayan 13 komandadan biridir.

Turnir cədvəlinə Niderlandda Türkiyə “Beşiktaş”ına 4 cavabsız qolla qalib gələn “Ayaks” başçılıq edir. İkinci sırada Rumıniyada RFS-ni 4:1 hesabı ilə üstələyən FKSB kollektivi qərarlaşıb. Məlumat üçün bildirək ki, ilk iki sıradakı komandalar “Qarabağ”ın rəqibləridir.

“Beşiktaş” isə ilk turdan sonra sonuncu pillədə yer alıb.

Qeyd edək ki, Liqa mərhələsində II turun oyunları oktyabrın 3-də keçiriləcək. “Qarabağ” Bakıda İsveçin “Malmö” klubunu sınağa çəkəcək.

aia.az



Seçilən
2
7
aia.az

8Mənbələr