AZ

Britaniyanın 156 milyardlıq şirkəti Intel-i satın ala bilməyib

Britaniyanın "Arm Holding"i "Intel"in mərkəzi prosessorlar istehsal edən bölməsini almağa çalışıb...

Bu biznes "Arm"a bazar imkanlarını genişləndirməyə kömək edə bilər, çünki şirkət özü prosessorlar istehsal etmir, ancaq dizaynlarını digər təchizatçılar tərəfindən istifadə etmək hüququna görə qonorar alır.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən yazıb.

"Arm"ı kapitallaşmasının 156 milyard dollar olmasına baxmayaraq, "Intel" öz bölməsini satmaqdan qəti şəkildə imtina edib. "Intel" kapitallaşması isə 102 milyard dollara düşüb. Bundan əlavə, "Arm" səhmlərinin 88%-i Yaponiyanın "SoftBank" korporasiyasına məxsusdur. Şirkət əməliyyatı maliyyələşdirmək üçün lazım gələrsə, yapon investorlarından kömək istəyə bilər.

Bu arada, "Intel" bir çox layihələri üçün başqa maliyyə mənbələri axtarmağa davam edir. Məsələn, "Apollo Global Management" "Intel"ə 5 milyard dollara qədər vəsait təqdim edə bilər. Onların yaratdıqları müştərək müəssisə bu istehsal sahəsinin işini idarə edəcək və "Apollon" onun qazancının bir hissəsini tələb edə biləcək.

"Arm"dan başqa, Amerikanın IT şirkətləri "Qulacomm" və "Broadcom" da "Intel"i almağa maraq göstərir.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr