AZ

Tanınmış jurnalistin oğlu adam BIÇAQLADI

Bakıda bıçaqlanma hadisəsi olub.

Titul.az lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonu Sabit Orucov küçəsində qeydə alınıb. İbrahimli Ayxan Teylor oğlu aralarında yaranan münaqişə zamanı Bilalov Əziz Cumalı oğlunun qarnına 2 ədəd bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanıb. Ayxan İbrahimli şübhəli şəxs qismində saxlanılıb.

Bakıda adam bıçaqlayan Ayxan İbrahimli ilə bağlı yeni fakt məlum olub. 

Məlum olub ki, Ayxan İbrahimli eks prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş, jurnalist Teylor Fətişoğlunun oğludur. 

Qeyd edək ki, Teylor Fətişoğlu özü də hazırda həbsdədir. 

 

Seçilən
0
5
titul.az

6Mənbələr