AZ

RÜSTƏMOV BU RAYONDAKI ƏMLAKLARINI DA SATIŞA ÇIXARIB – Torpaq sahələri, villalar, obyektlər

Mərkəzi Bankın keçmiş sədri, Baş nazirin müşaviri Elman Rüstəmov Qax rayonundakı əmlaklarını da satışa çıxarıb.

Bu barədə “AzPolitika”-ya adıçəkilən rayondan daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, keçmiş baş bankirə məxsus iri torpaq sahələri, vilalar, obyektlər satışa qoyulub.

Xatırladaq ki, Qax, Zaqatala rayonları uzun illər Elman Rüstəmovun qudası, “Su Təsərrüfatı ASC”-nin keçmiş rəhbəri Əhməd Əhəmdzadənin ailəsinin nəzarətində olub. Onun qardaşı Mübariz Əhəmdzadə bu rayonlarda icra başçısı vəzifəsini tutub. Nəticədə bölgənin iri torpaq sahələri, gəlirli ticarət obyektləri onların nəzarətinə keçib. Görünür, E.Rüstəmov da qudaları vasitəsi ilə Qax rayonundan milyonluq mülklərin sahibi olub.

Keçmiş bankirin əmlakını satışa çıxarması yeni xəbər deyil, o, digər sahələrdəki investisiyalarına da “əl gəzdirir”.

Bir neçə gün əvvəl “AzPolitika”-da dərc oluna məlumatda Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-də ciddi maliyyə problemləri yarandığı bildirilirdi.

Seçilən
4
2
azpolitika.info

3Mənbələr