AZ

4 məktəbə direktor TƏYİN EDİLDİ

Lənkəran şəhərində 4 məktəbə direktor təyin edilib. 
 
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, təyinatlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən həyata keçirilib.
 
Liman şəhər 2 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə Afaq İskəndərzadə təyin olunub. A.İskəndərzadə bu təyinatadək Daşdatük kənd ümumi orta məktəbində ümumi işlər üzrə direktor müavini kimi çalışıb.
 
Bəlləbur kənd tam orta məktəbinin direktoru vəzifəsinə Səfail Qurbanov təyin olunub. S.Qurbanov bu təyinatadək Kənarmeşə kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb.
 
Darquba kənd tam orta məktəbinin direktoru vəzifəsinə Faiq Vəliyev təyin olunub. F.Vəliyev bu təyinatadək Yuxarı Nüvədi kənd tam orta məktəbində coğrafiya müəllimi kimi çalışıb.
 
Şıxakəran kənd tam orta məktəbinin direktoru vəzifəsinə Elnur Kərəmov təyin olunub. E.Kərəmov bu təyinatadək Vel kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Seçilən
2
14
bakivaxti.az

10Mənbələr