AZ

Azərbaycan bundan sonra da MÜZƏFFƏR XALQ və QALİB DÖVLƏT kimi əbədi yaşayacaq

200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşıdüşmənçilik və etnik dözümsüzlük siyasəti həyata keçirilib. Çar Rusiyası tərəfindənimperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəliAzərbaycan torpaqları olan Qarabağa köçürülməsindən sonra xalqımıza qarşı başlamışdüşmənçilik siyasəti bu günə qədər davam edir. Zaman-zaman öz havadarlarınaarxalanan nankor ermənilər bütün vasitələrlə Azərbaycanlıları və bu ərazilərdə yaşayandigər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş, müəyyənvaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin birhissəsi hesabına öz dövlətlərini yarada bilmişdilər.İfrat millətçilik siyasəti yürüdən ermənilər ötən əsrdə Rusiya imperiyasındayaranan inqilabi şəraitlərdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüzminlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Azərbaycanlıların öz tarixi-etniktorpaqlarından qovulması sovet dövründə də davam etdirildi. 1948-1953-cü illərdə 150minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyindəyerləşdirildi. 1988-ci ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundanqovuldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsızinsanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsiilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğaletməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu ÖndərHeydər Əliyev müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişafvə tərəqqi işlərinə başladı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənilərintarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymətverildi. Onun ölkəmizin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlər Ulu Öndərinlayiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən inkişaf və tərəqqisiyasəti öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunungücləndirilməsinə, müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın50 ən güclü ordularından birinə çevrildi.Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan “Dəmir yumruq” əməliyyatı ilə 44 gündavam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığınınümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan vəhavadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canıbahasına azad edildi. Bu, “Güclü ordu – güclü dövlət” strategiyasının və «dəmiryumruq» siyasətinin nəticəsidir.Telman Əzimov,Sabirabad rayonu, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini

Seçilən
6
kanal24.az

1Mənbələr