AZ

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycanxalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, biryumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusuişğaldakı torpaqlarımızı yağı düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü təminetdi. Bu 44 gün ərzində Prezident İlham Əliyevin səsinə səs verən Azərbaycan xalqı 30ilə yaxın müddətdə torpaqlarımızı işğal altıdna saxlayan Ermənistanı sözün həqiqimənasıdna tar-mar edərək ona öz yerini göstərdi. Azərbaycan dövləti, Azərbaycanxalqı, Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, o, özünü, öz sərhədlərini, ərazibütövlüyünü qorumağa qadirdir və heç bir qüvvə onun iradəsinə qarşı gələ, onu susdurabilməz.27 sentyabr həm də Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci ilsərəncamı ilə hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd ediləcək. 27 sentyabrınAnım Günü kimi qərarlaşması hər şeydən öncə prezidentimizin, dövlətimizin, xalqımızınşəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhunasonsuz sevgi və ehtiramının təzahürüdür. Bu, həm də xalqımızın qəhrəmanlığınınəbədiləşdiyi, onun öz dövləti, öz torpağı, öz bayrağı uğrunda canından keçməyə daimhazır olduğunun təsdiqi və təsbiti günüdür. Məhz 27 sentyabr tarixində minlərləAzərbaycan övladı vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılmış, özqəhrəmanlıqları ilə sözün həqiqi mənasında tarix yazmışdı. Heç şübhəsiz ki, illər, əsrlərsonra da Azərbaycan ordusunun bu böyük qalibiyyəti, bu misilsiz zəfəri tarixinyaddaşında yaşayacaq və xalqımız tərəfindən qürur hissi ilə yad ediləcək.Ölkə başçısı cənab İlham Əliyev bütün çıxışlarında şəhidlərimizi ehtiramla yad edir, butarixi zəfərə görə onlara minnətdar olduğumuzu vurğulayır. Məhz Prezident İlhamƏliyevin göstərişi və tövsiyyələri əsasında şəhidlərimizin xatirəsi bütün ölkə ərazisindəəbədiləşdirilməkdə, onların adı müxtəlif küçə və məktəblərə verilməkdədir. Müharibəqəhrəmanlarının büstlərinin ucaldılması, barilyeflərinin hazırlanması, onların döyüş yoluhaqqında ictimaiyyətə, xüsusilə də gənc nəslə geniş məlumat verilməsi də dövlətimizinşəhdilərimizə olan sevgi və ehtiramından xəbər verir. Bəzi rayonlarda QəhrəmanlarParkının yaradılması da şəhidlərimizin ölümsüz xatirəsinin yaşadılmasına, habeləonların təbliğinə xidmət edir.Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyiqəhrəmanlıqlar, ortaya qoyduğu əzm və cəsarət, eyni zamanda hərbi səriştə bütündünyanın heyrətinə səbəb oldu. Hansı ki, dünyanın hərbi baxımdan ən inkişaf etmişdövlətləri, o cümlədən ABŞ başda olmaqla bir sıra NATO dövlətləri Azərbaycanordusunun Vətən müharibəsindəki hücum taktikasını öyrənməkdə, onun bu müharibədəsərgilədiyi nailiyyətləri hərbi-elmi baxımdan təhlil etməkdədirlər. Dünyanın ən məşhurhərbi ekspertləri, o cümlədən hərbi institutları etiraf edir ki, Vətən müharibəsindəAzərbaycan hərbçilərinin sərgilədiyi taktika, əməli müstəvidə dəqiqliklə reallaşdırlanildırımsürətli müharibə strategiyası, o cümlədən çətin və mürəkkəb coğrafi relyefdəuğurlu hərbi əməliyyatlar keçirmək bacarığı müasir dünya hərbi üçün ciddi yenilikdir. Bu,Azərbayca ordusunun gücünün, Azərbaycan hərbçilərinin yenilməzliyinin etirafıdır.Bu baxımdan, 27 sentyabr Anım Günü ilə bağlı Sərəncam şəhidlərimizə,qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymətdir.Solmaz Səmədova,Sabirabad RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininbaş məsləhətçisi

Seçilən
3
2
kanal24.az

3Mənbələr