AZ

27 sentyabr: Xalqımızın qəhrəmanlıq tarixi” ​mövzusunda dəyirmi masa keçirilib - Vətən Naminə

">

Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, GİKM-in Şirvan-Salyan regional nümayəndəliyi, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ qazisi Bəhruz Əliyev, qazilər, Vətən müharibəsi iştirakçıları, həmçinin rayonun fəal gəncləri iştirak ediblər.

   Regional idarənin rəisi Ş.Şahbazov öz çıxışında Vətən Müharibəsi və Zəfər tarixinin əhəmiyyətindən danışaraq, qəhrəman oğulların döyüş şücaətlərinin geniş təbliğinin gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıb. O, həmçinin belə tədbirlərin gənclərin milli mənsubiyyətini və mübarizə ruhunu gücləndirdiyini qeyd edib.

   Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ qazisi Bəhruz Əliyev və digər iştirakçılar öz çıxışlarında Vətən Müharibəsində Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nümayiş etdirdiyi birlik və şücaətin Zəfərlə nəticələndiyini, bu tarixi qələbənin hərbçilərimizin və gənclərin fədakarlığı sayəsində qazanıldığını bildirib. Onlar Vətən uğrunda döyüşən hər bir şəxsin göstərdiyi qəhrəmanlıq və vətənpərvərliyi unudulmaz bir nümunə kimi xatırladıblar.

   Bu tədbir iştirakçılar arasında böyük ruh yüksəkliyi yaradıb və gələcək nəsillərin də bu şanlı tarixi yaşatmasının vacibliyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
5
20
vetennamine.az

10Mənbələr