AZ

Bayden: Rusiya bu müharibədə qalib gəlməyəcək, Ukrayna qalib gələcək...

ABŞ prezidenti Co Bayden Vladimir Zelenski ilə Ağ Evdə görüşdən əvvəl Rusiyanın Ukrayna ilə müharibədə qalib gəlməyəcəyini deyib...

Poliqon “Amerikanın Səsi” radiostansoyasına istinadən xəbər verir ki,görüşdə Bayden və Zelenski həmçinin Ukraynanın hazırladığı “Qələbə planı”nı da müzakirə ediblər.

ABŞ prezidenti bu planı heç bir şəkildə dəyərləndirməsə də, planla bağlı iki məqam gördüyünü bildirib.

“Hazırda biz bu müharibədə Ukraynanın mövqeyini gücləndirməliyik. Və buna görə də bu gün mən qürurla Ukraynaya 2,4 milyard dollarlıq təhlükəsizlik yardımı paketini elan edirəm. İkincisi, biz bu yardımların Ukraynanın uzunmüddətli perspektivdə uğur qazanmasına kömək etməyi səbirsizliklə gözləyirik”, deyə ABŞ prezidenti vurğulayıb.

Bayden qeyd edib ki, Ukrayna Aİ və NATO-ya üzvlük yolunda dəstəklənməli, korrupsiya ilə mübarizə və demokratiyanın möhkəmləndirilməsinə yönəlmiş islahatları davam etdirməlidir.

“Biz Ukraynanın Rusiyanın gələcək təcavüzündən müdafiə etmək üçün kifayət qədər imkanlara malik olmasını təmin etməliyik. Ona görə də mən bu cəbhələrdə tərəfdaşlığımızda atdığımız addımlardan qürur duyuram”, deyə Bayden Ukraynanın 20-dən çox ölkə ilə təhlükəsizlik müqavilələrinin imzalanmasına istinad edərək bildirib.

Poliqon.info

Seçilən
11
12
poliqon.info

10Mənbələr