AZ

Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında sülh sazişi yolunda irəliləyişi yüksək qiymətləndirib

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan XİN rəhbərlərini davamlı və layiqli sülh yolunda əldə edilən irəliləyişi yüksək qiymətləndirib və sülh sazişini mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı nailiyyətlərə çağırıb.

 

Bu barədə Dövlət departamentinin yaydığı məlumatda bildirilib.

 

Qeyd edilib ki, dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb.

 

Xatırladaq ki, ötən gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirib.

 

APA

Tarix: 27 Sentyabr 2024, 09:36   
Seçilən
6
13
pravda.az

10Mənbələr