AZ

“Sülh sazişi regiona sabitlik və rifah gətirəcək” – Blinken


ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə bu ölkələrin XİN başçılarını təqdir edib və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı tərəqqisini təşviq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O qeyd edib ki, Blinken sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini deyib.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda dövlət katibi Antoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirib.
Seçilən
6
49
yeniavaz.com

10Mənbələr