AZ

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 26-sı saat 16:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub.Bu barədə Tribunainfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.
 

Facebook-da paylaş

Seçilən
11
49
dunyapress.info

10Mənbələr