AZ

"Tıxacda qalmağımızın oyuna böyük təsiri oldu" - Qurban Qurbanov

"Rəqibi təbrik edirəm".

Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşdıqları İ tur matçından sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis meydan sahiblərinin layiqli ələbə qazandıqlarını bildirib: “Bəlkə də bu gün 0:3 uduzmağa layiq deyildik. Çünki xeyli sayda şanslarımız oldu. Amma hər bir halda həm təcrübə, həm də ustalıq qalib gəldi. Futbolçularıma çox da iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər”.

- Bütün oyun ərzində üstünlük “Qarabağ”da idi. Hətta rəqibdən yaxşı oynadınız. Amma əfsuslar olsun ki, hesab rəqibin üstünlüyü ilə bitdi. Bunun səbəbi nədir?

- ⁠Futbolçularda həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatı burda keçirilir. Dünən də bildirdiyim kimi, "Tottenhem” hər zaman liderlər sırasında olub. Daim yuxarı yerlər üçün oynayıblar. Futbolçularım da bunu dərk edirdilər. Təbii ki, bu da onlarda istər-istəməz həyəcana səbəb olurdu. Sadəcə, bu, mane oldu. Çünki bizim Avropa Liqası təcrübəmiz var, amma hər bir halda elə oyunçularımız var ki, bu səviyyəyə yeni gəlib çatıblar. Tam formalaşmayıblar. Rəqibin ustalığı bizə qalib gəldi. Meydan sahibləri rahat oynadı ki, bu da bizə arxayınlıq verdi. Bəlkə də texniki səhvlərimizə gətirib çıxartdı. Biz onlara şərait yaratdıq ki, qol vursunlar. Bəsit qollar buraxdıq. Normaldır. Amma daha yaxşı oynaya bilərdik, bundan da yaxşı ola bilərdi.

- Komandanız tıxacda qaldığı üçün oyun bir neçə dəqiqə gec başlamalı oldu. Bu, sizin oyunçulara necə təsir etdi?

- ⁠Bəlkə bu barədə danışsam düzgün çıxmaz. Təsəvvür edin ki, bəlkə də 2 saat yolda olmuşuq. Futbolçular istər-istəməz oturaq vəziyyətdə gəlirlər. Təbii ki, bu, onlara təsir edir. Sadəcə, bunu səbəb kimi gətirmək istəmirəm. Belə bir böyük turnirdə bu cür hallar yaşanmalı deyil. Sadəcə, bu ölkənin öz qayda-qanunları var ki, müşayiət üçün polis verilmir. Lakin belə oyunlarda olması mütləqdir. Çox böyük təsiri oldu. Amma yenə dəbuna görə rəqibin qalibiyyətinə göz yummaq istəmirəm. Rəqib üstün idi. Amma stadiona çıxandan 40 dəqiqə sonra oyun başlamalı idi. Biz razılaşmaya da bilmədik. Təsiri böyük oldu. Belə hadisələr illər ərzində bir dəfə yaşanır. Məncə, üzrlü sayılmalıdır.

Seçilən
23
2
prosport.az

3Mənbələr