AZ

"ÇSKA uzun tarixə malik nəhəng klubdur"

ÇSKA-nın yeni futbolçusu Miralem Pyaniç Moskva klubuna keçidini şərh edib.

90deqiqe.Az xəbər verir ki, bosniyalı oyunçu burda olmaqdan xoşbəxt olduğunu bildirib.

“Burada olmaqdan və müqavilə imzalamaqdan çox şadam. ÇSKA uzun tarixə malik nəhəng klubdur. Mən ÇSKA-nı yaxşı tanıyıram, çünki bura avrokuboklarda oynamaq üçün gəlmişəm. Bu, həmişə liqada birincilik uğrunda mübarizə aparacaq tarixə malik klubdur! Bu, İqor Akinfeyev kimi böyük potensiala və əfsanəvi oyunçulara malik klubdur. Bu komandaya qoşulduğuma şadam. Məhz bu mənə lazım olan çağırış idi”, - deyə klubun mətbuat xidməti Pyaniçdən sitat gətirir.

Daha əvvəl bildirilmişdi ki, Pyaniç CSKA ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq və daha bir mövsüm uzatmaq opsiyasına malik olacaq. Təcrübəli yarımmüdafiəçinin maaşı ildə 1 milyon avro olacaq. 34 yaşlı Miralem Pyaniç “Roma”, “Yuventus”, “Barselona” və bir sıra digər Avropa klublarında çıxışı ilə tanınır. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 3 milyon avrodur.

Seçilən
25
90deqiqe.az

1Mənbələr