AZ

Blinken Bayramovla Mirzoyanı Nyu-Yorkda bir araya gətirdi

Yayımlandı: 26 Sentyabr 2024 22:12 Görüşün qapalı keçirildiyi bildirilir Sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşüblər. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb. Bildirilir ki, tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Hər iki tərəf görüşü təşkil etdiyinə görə ABŞ Dövlət katibinə minnətdarlıq ediblər. Eyni açıqlamanı Ermənistanın Xarici İşlər Nazirliyi də yayıb. “Turan”ın yazdığına görə, görüş bağlı qapılar arxasında keçirilib: “Dövlət Departamentinin yaxın saatlarda görüş barəsində açıqlaması gözlənilir”. Sonuncu dəfə iyulun 10-da Entoni Blinkeninin iştirakı ilə Ararat Mirzoyan və Ceyhun Bayramov görüşmüşdü. 2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.Ondan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etdirilir. Bu danışıqlarda həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. Meydan TV

Seçilən
7
xural.com

1Mənbələr