AZ

UEFA Avropa Liqası: “Tottenhem” - “Qarabağ” matçı yubanacaq - YENİLƏNİB

“Tottenhem” - “Qarabağ” matçı yubanacaq.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb Londonda yaşanan tıxac problemidir.

Görüşün saat neçədə başlayacağı barədə hələlik dəqiq məlumat yoxdur.

***22:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

Seçilən
5
32
iqtisadiyyat.az

10Mənbələr