AZ

Bakıda daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verildi

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski küçələri ilə kəsişməsində yerləşən parkın yeraltı dayanacağında avtomobillərin parklanması üçün müvafiq infrastruktur qurulub. vakansiyalar

Ətrafında bir neçə tibb, təhsil, maliyyə və iaşə obyektinin olduğu yeraltı dayanacaq 376 avtomobil yerlikdir. Parklanma məntəqəsinin birinci mərtəbəsində 181, ikinci mərtəbəsində isə 195 yer mövcuddur.

İkimərtəbəli dayanacaq təhlükəsizlik kameraları ilə təchiz edilib, giriş-çıxışlarda nömrətanıma sistemi tətbiq olunur.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır.


Telegram kanalımız
Seçilən
1
21
yenisabah.az

10Mənbələr