AZ

Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi oldu

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 10-cu dəfə keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Publika.az-a verilən məlumata görə, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin birgə təşkil etdiyi turnirin açılış mərasimi Şuşa hotelində olub.

Əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəliyinin baş məsləhətçisi Süleyman Rüstəmov tədbir barədə fikirlərini bölüşüb.

Sonra Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib. Ardınca AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb. O, Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından biri olduğunu qeyd edib.

Əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələdə baş tutan Vüqar Həşimov Memorialının tarixi anlarını əks etdirən video göstərilib. Bundan sonra isə söz Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimova verilib. Qasım Həşimov ailəsi adından turnirin ənənəvi olaraq hər il keçirilməsinə dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Seçilən
0
17
publika.az

10Mənbələr