Azərbaycan bazarı Qətər üçün mühümdür.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qətər Daşınma və Logistika Assosiasiyasının prezidenti Əli Əl-Məsnəd Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin forumunda çıxışı zamanı deyib.O bildirib ki, Azərbaycan iqtisadiyyatı diversifikasiya olunur və çox genişdir.
“Azərbaycanın KƏŞ ölkələri ilə ticarət mübadiləsinin həcmi getdikcə artır. Biz bunun konkret faktlarını görürük. Azərbaycanın və KƏŞ-ə üzv ölkələrin coğrafi mövqeyi imkan verir ki, əməkdaşlığı inkişaf etdirək. Biz birgə fəaliyyət göstərərək mühüm sektorları, o cümlədən energetika, nəqliyyat, logistika sahələrini inkişaf etdirməliyik. Azərbaycan bazarı Qətərə görə mühümdür. Qətərin coğrafi mövqeyi stratejidir”, - deyə Əli Əl-Məsnəd vurğulayıb.