AZ

Son 4 ildə TAP üzrə qaz tədarükünün həcmi açıqlanıb

Son 4 il ərzində Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə ümumilikdə 40 milyard kubmetr qaz nəql edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Trans-Adriatik boru kəmərinin (TAP) icraçı direktoru Luka Skyepatti İtaliyanın Enerji Sammitində bildirib.

"Son 4 il ərzində TAP vasitəsilə təxminən 40 milyard kubmetr qaz nəql edilib ki, bu da Avropada enerji təhlükəsizliyini, diversifikasiyanı və "təmiz enerji" keçidini əhəmiyyətli dərəcədə artırıb", - o deyib.

Luka Skyepatti vurğulayıb ki, TAP boru kəmərinin keçiricilik qabiliyyətini artırmağa yönəlib, eyni zamanda, daha ekoloji cəhətdən təmiz molekulların inteqrasiyası və istismar təsirinin minimallaşdırılması ilə dayanıqlı enerji keçidini dəstəkləyir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
2
olaylar.az

3Mənbələr