AZ

“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”

“Azərbaycanın 2023-cü ildə həyata keçridiyi lokal antiterror tədbirlərinin əsassız olduğu, bu əməliyyat nəticəsində ermənilərin guya hansısa hüquqlarının pozulması ilə bağlı deyilənlər cəfəngiyyatdır və tarixi həqiqətə ziddir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Ekspert qeyd edib ki, Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb və onların bu regiona sonradan gəlişi bütün dünyaya məlumdur:

 

“Reallıq bundan ibarətdir ki, ermənilər Qarabağa sonradan gəliblər. Yəni onlar bu torpaqlarda qonaq idilər, ancaq sırtıq qonaq... Qonaq sırtıq olanda isə ev yiyəsi onu gec-tez qovmalı olur. Biz də ev yiyəsi kimi onlara qapını göstərdik.

 

Əslində, biz onları qovmadıq. Onlar özləri könüllü şəkildə, təhlükəsiz şəraitdə Qarabağı tərk etdilər. Halbuki, vaxtiylə yüz minlərlə qərbi azərbaycnalı öz yurdundan bir günün içində didərgin salınmış, özləri ilə bir çöp də gətirə bilməmişdilər. Onların bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, amansız işgəncələrə məruz qalmışdı. Azərbaycan isə Qarabağdakı ermənilərin hər birinin təhlükəsizliyini yüksək səviyyədə təmin etdi.

 

Bu mənada Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinə görə Azərbaycana qarşı irəli sürülən ittihamalrın heç bir əsası yoxdur və bütün bunlar tarixi həqiqətləri təhrif etmək, haqqı inkar etməkdən başqa bir şey deyil”.

 

Seymur ƏLİYEV

Seçilən
8
moderator.az

1Mənbələr