AZ

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblərYENİLƏNİB VİDEO

Azərbaycan

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə Dövlət katibinə minnətdarlıq bildiriblər.

19:15

Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.

AZƏRTAC-ın məlumatına görə, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Qeyd edək ki, tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində olub.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
19
49
azertag.az

10Mənbələr