AZ

Birinci Liqa: 4-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 4-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Üç günü əhatə edəcək turun bütün görüşləri canlı yayımlanacaq. Tura oktyabrın 2-də keçiriləcək “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyunu ilə start veriləcək. Ayın 3-də növbəti 3 oyun keçiriləcək. Tura oktyabrın 4-də baş tutacaq “Baku Sportinq” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
4-cü tur
2 oktyabr

“Cəbrayıl” – “Qaradağ Lökbatan”
“Bayıl Arena”, 13:30.

3 oktyabr

“Difai” – “Karvan”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Mingəçevir” – “Zaqatala”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

“İmişli” – MOİK
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00

4 oktyabr

“Baku Sportinq” – “Qəbələ”
“Baku Sporting Arena”, 15:00.

Qeyd edək ki, Heydər Əliyev adına İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” klubu rəqiblərini Saatlı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edir.

Seçilən
7
arena.az

1Mənbələr