AZ

Ukraynada seçki gözlənilir - Zalujnı prezident olacaq?

Ukrayna prezidenti Vladimir Zelenski 2025-ci ildə ölkədə prezident seçkiləri keçirməyi planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

2023-cü ildə Ali Radadakı bütün partiyalar seçkiləri Ukraynada münaqişə bitənə qədər təxirə salmağa razılaşıb. Bununla belə, Zelenski hakimiyyətini möhkəmləndirmək üçün 2025-ci ildə prezident seçkiləri keçirməyi düşünür.

Qeyd olunur ki, prezidentlik postu uğrunda mübarizədə Zelenskinin əsas rəqiblərdən biri də Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdır. Nəşrin yazdığına görə, Ukrayna xalqı rəhbərlikdə yeni liderlər görmək istəyir.

Zaur, BakuPost
Seçilən
9
bakupost.az

1Mənbələr