AZ

"Milan" Teo Hernandeslə razılığa gələ bilmir

"Milan" və müdafiəçi Teo Hernandes yeni müqavilənin şərtlərini müzakirə etməyə davam etsə də, hələlik razılığa gələ bilməyib.

90deqiqe.Az-ın “Calciomercato”ya istinadən məlumatına görə, klubla fransalı müdafiəçi arasında aparılan danışıqlar hələ yekunlaşmayıb. 26 yaşlı futbolçu illik 8 milyon avro məvacibində israr edir, "rossoneri"nin təklifi isə hazırda bu məbləğdən aşağıdır. Danışıqların nəticəsi daha çox Hernandezin kluba güzəştə getmək istəyindən asılı olacaq.

Bu mövsüm Teo Hernandes "Milan"ın heyətində bütün turnirlərdə altı oyun keçirib və bir qol vurub.

Seçilən
19
90deqiqe.az

1Mənbələr